Video konfrans sistemləri
Şirkətin, təşkilatın yaxud dövlət qurumlarının bir neçə filialı arasında keyfiyyətli video bağlantı, xarici ölkələrdən olan tərəfdaşlarla video danışıqlar və müzakirələr, vebinarlar, video dərslərin keçirilməsi və digər istiqamətlər üçün müasir video konfrans sistemləri istifadə edilir. Biz bilirik ki, bu istiqamətdə tək və ümumi yanaşma ilə müxtəlif məkanlarda fərqli tələbatları ödəmək çətindir. Bunun üçün bizim mütəxəssislər sizin şəbəkənin bağlantı zolağının genişliyini, keçid qabiliyyətini, keyfiyyətini, təhlükəsizliyini və sizin infrastrukturu və maraqlarınızı təhlil edərək ən son texnoloji innovasiyaları və müvafiq proqram təminatları təklif edəcək. iTech Group individual fərdlərdən tutmuş, böyük auditoriyalara qədər video konfrans üçün lazım olan bütün təchizatlarla təmin edir:

  • Yüksək keyfiyyətli təsvirə malik monitorlar və displeylər (HD, Touch Screen, Smart Screen və s.)
  • Video konfrans bağlantısı üçün müxtəlif sistemlər (HD kameralar, veb kameralar, hamısı birində kameralar, simsiz kameralar, kodlaşdırma cihazları, konfransın yazılması üçün qurğular və s.)
  • Video konfrans telefonları
  • Mobil aplikasiyası olan video konfrans həlləri (smartfona, planşetə və noutbuka yüklənə bilən tətbiqlər).

Konfrans və tədbirlər üçün həllər
iTech Group daha effektiv və səmərəli ünsiyyətin qurulması üçün rəhbərliyin iclas zalı, konfrans zalları, sinxron tərcümə zalları, tədris auditoriyaları və toplantı otaqları, idman və konsert zalları üçün audio/vizual/nəzarət həllərinin tərtib edilməsində və quraşdırılmasında zəngin təcrübəyə malikdir.
Bizim toplantı və iclas zalları üçün təklif etdiyimiz həllər müxtəlif ekran sistemləri (LCD, plazma ekranlar, proyektorlar, interaktiv lövhələr), video konfrans sistemləri, inteqrasiya edilmiş audio sistemi, zalda tam nəzarət sistemləri geniş imkanlar təmin edir.
Tam inteqrasiya olunmuş sistem sizə toplantı və təqdimatların effektivliyini və təsirini artırmağa şərait yaradacaq.
Əlaqə
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Click to order
Total: 
Your Name
Your Phone


Foto və video materiallar iTech Group-a məxsusdur.
iTech Group 2021