iTech Group və Takopi Group-un birgə təşkilatçılığı ilə keçirilən “Sophos: From Detection to Response | Baku 2026” tədbiri kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssisləri və biznes nümayəndələrini bir araya gətirdi.
Tədbir çərçivəsində iştirakçılara müasir kibertəhlükəsizlik təhdidləri və onların qarşısının alınmasına yönəlmiş qabaqcıl həllər təqdim olundu. Sessiyalar zamanı Sophos şirkətinin Managed Detection and Response (MDR), Extended Detection and Response (XDR), Firewall, Email Security və digər innovativ təhlükəsizlik texnologiyaları barədə ətraflı məlumat verildi, real tətbiq nümunələri nümayiş etdirildi.
Bununla yanaşı, tədbir iştirakçıları sahənin ekspertləri ilə fikir mübadiləsi aparmaq, real layihələr üzrə təcrübələri paylaşmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə etdilər.
iTech Group bu kimi təşəbbüslərlə Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verməyə, bizneslərin rəqəmsal təhlükəsizliyinin gücləndirilməsinə və beynəlxalq texnologiya tərəfdaşlarının innovativ həllərinin yerli bazarda təqdim olunmasına davam edir.
Эта статья на азербайджанском языке.









