Перейти к содержимому
НовостиOctober 15, 2026 1 мин чтенияAZ

iTech Telecommunication Day 2026 — Texnologiya və əməkdaşlıq bir arada

От наших инженеров · iTech Group

15–16 oktyabr 2026-cı il tarixlərində Shabran Wellbeing Resort otelində iTech Group tərəfindən iTech Telecommunication Day tədbiri keçirilib.

Tədbir çərçivəsində 3CX, Snom Technology GmbH, Fanvil, YEASTAR və Vutlan brendlərinin müasir kommunikasiya və monitorinq həlləri təqdim olunub, bu texnologiyaların biznes mühitində tətbiq imkanları və üstünlükləri barədə ətraflı məlumat verilib.

Tədbirdə Snom Technology GmbH şirkətini Andrey Skolota, Fanvil brendini isə Olia W. və Summer Meng təmsil ediblər. 3CX həlləri üzrə təqdimat iTech Group-un Texniki direktoru Atamoghlan Taghiyev tərəfindən həyata keçirilib.

iTech Group komandasından Jabar Mammadzada, Ravana Samad-zada, Yashar Alasgarov və Bahar Tagıyeva tədbirdə iştirak edərək peşəkar müzakirələrə və təcrübə mübadiləsinə qoşulublar.

İki gün davam edən tədbir brend nümayəndələri, tərəfdaşlar və sahə mütəxəssisləri arasında birbaşa ünsiyyət, texnoloji yeniliklərin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün platforma rolunu oynayıb.

iTech Group olaraq tədbirdə iştirak edən bütün brend nümayəndələrinə, tərəfdaşlarımıza və qonaqlarımıza təşəkkürümüzü bildiririk.

Эта статья на азербайджанском языке.

iTech Telecommunication Day 2026 — Texnologiya və əməkdaşlıq bir arada

Реализуем ваш следующий проект вместе

Поделитесь с нами требованиями вашего проекта. Наши специалисты оценят подходящие решения и свяжутся с вами в кратчайшие сроки.

  • Первичный ответ в течение 1 рабочего дня
  • Гарантия конфиденциальности данных
  • Первичная консультация и оценка

Напишите нам

Расскажите о вашей цели — мы ответим в течение одного рабочего дня.

iTech Telecommunication Day 2026 — Texnologiya və əməkdaşlıq bir arada · iTech Group