Məzmuna keç
XəbərlərJuly 13, 2026 1 dəq oxuAZ

iTech Group Fanvil-in rəsmi distribütoru olaraq beynəlxalq tərəfdaşlıq əlaqələrini daha da gücləndirir

Mühəndislərimizdən · iTech Group

Azərbaycanda Fanvil brendinin rəsmi distribütoru olan iTech Group beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu çərçivədə şirkətimizin nümayəndələri 2026 Fanvil Partner Tech Academy – Asia-Pacific proqramında iştirak edərək dünyanın müxtəlif ölkələrindən olan Fanvil tərəfdaşları ilə bir araya gəliblər.

Tədbir çərçivəsində Fanvil-in ən son IP kommunikasiya həlləri, yeni məhsulları və texnoloji yenilikləri təqdim olunub. Sessiyalar zamanı iştirakçılar müasir kommunikasiya texnologiyaları, bazar tendensiyaları və qabaqcıl həllər barədə ətraflı məlumat əldə etməklə yanaşı, beynəlxalq tərəfdaşlarla bilik və təcrübə mübadiləsi aparıblar.

Şirkətimizi tədbirdə Distribusiya şöbəsinin rəhbəri Yaşar Ələsgərov və Texniki Direktor Atamoğlan Tağıyev təmsil ediblər.

Proqram çərçivəsində əldə olunan bilik və təcrübə Fanvil həllərinin Azərbaycanda daha effektiv tətbiqinə, tərəfdaşlarımıza göstərdiyimiz xidmətlərin keyfiyyətinin artırılmasına və müştərilərimizə daha innovativ IP kommunikasiya həllərinin təqdim edilməsinə mühüm töhfə verəcək.

iTech Group beynəlxalq istehsalçılarla strateji əməkdaşlığını genişləndirərək ölkəmizdə müasir kommunikasiya texnologiyalarının inkişafına və müştərilərinə dünya standartlarına uyğun həllərin təqdim edilməsinə bundan sonra da töhfə verməyə davam edəcək.

Bu məqalə Azərbaycan dilindədir.

iTech Group Fanvil-in rəsmi distribütoru olaraq beynəlxalq tərəfdaşlıq əlaqələrini daha da gücləndirir

Növbəti layihənizi birlikdə həyata keçirək

Layihənizin tələblərini bizimlə bölüşün. Mütəxəssislərimiz ehtiyaclarınıza uyğun həlləri qiymətləndirərək qısa müddətdə sizinlə əlaqə saxlayacaq.

  • 1 iş günü ərzində ilkin cavab
  • Məlumatların məxfiliyinə təminat
  • İlkin konsultasiya və qiymətləndirmə

Bizə yazın

Məqsədinizi bizə bildirin — bir iş günü ərzində cavab verəcəyik.

iTech Group Fanvil-in rəsmi distribütoru olaraq beynəlxalq tərəfdaşlıq əlaqələrini daha da gücləndirir · iTech Group