Məzmuna keç
Xəbərlər 1 dəq oxuAZ

Bakıda Beynəlxalq Biznes Forum keçirilmişdir

Mühəndislərimizdən · iTech Group

Bakıda Beynəlxalq Biznes Forum keçirilmişdir

Noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) baş tutmuşdur.

Forum iştirakçıları tədbir çərçivəsində Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Keçirilən tədbirdə iTech Group-un rəhbəri Ilham Azizov və CEO-su İlqar Əzizov da iştirak etmişdirlər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-nin təşkilatçılığı ilə keçirilən forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər. “Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun məqsədi Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.

Tədbir Beynəlxalq Biznes Forumun ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Forum çərçivəsində Azərbaycan-Türkiyə qardaşlığı, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə filmlər nümayiş olunub.

Tədbirin açılışında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ilk dəfə Beynəlxalq Biznes Foruma ev sahibliyi etməsinin əlamətdar hadisə olduğunu, tədbirin Azərbaycanın biznes və investisiya mühitinin geniş investor auditoriyasına tanıdılması, yerli və xarici investorlar arasında əlaqələrin inkişafı, innovativ təşəbbüslərin formalaşması və yeni layihələrin reallaşdırılması üçün geniş imkanların yaradılması baxımından əhəmiyyətini qeyd edib. İqtisadiyyat naziri Azərbaycan iqtisadiyyatının prioritet sahələri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Bu məqalə Azərbaycan dilindədir.

Bakıda Beynəlxalq Biznes Forum keçirilmişdir

Növbəti layihənizi birlikdə həyata keçirək

Layihənizin tələblərini bizimlə bölüşün. Mütəxəssislərimiz ehtiyaclarınıza uyğun həlləri qiymətləndirərək qısa müddətdə sizinlə əlaqə saxlayacaq.

  • 1 iş günü ərzində ilkin cavab
  • Məlumatların məxfiliyinə təminat
  • İlkin konsultasiya və qiymətləndirmə

Bizə yazın

Məqsədinizi bizə bildirin — bir iş günü ərzində cavab verəcəyik.

Bakıda Beynəlxalq Biznes Forum keçirilmişdir · iTech Group