Məzmuna keç
Xəbərlər 1 dəq oxuAZ

"Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib.

Mühəndislərimizdən · iTech Group

"Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib.

5 dekabr Şamaxı şəhərində Şamaxı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun (ETN), İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, Marsol Group partnyorları və sahibkarların iştirakı ilə keçirilən tədbirdə Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, cəlbediciliyin artırılması istiqamətində təşviq məqsədilə rayonun iqtisadi potensialı, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud durum təhlil edilib.

Keçirilən forumda iTech Group-un rəhbəri İlham Əzizov da iştirak etmişdir.

Tədbirdə açılış nitqində Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, ETN İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edib.

Çıxışçılar layihənin effektivliyini təmin etmək üçün rayon icra hakimiyyətinin nümayəndələri ilə, yerli sahibkarlarla işgüzar görüşlərin davam etdiyini vurğulayıb, sahibkarlara göstərilən dəstək tədbirləri və iş adamları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Bu məqalə Azərbaycan dilindədir.

"Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib.

Növbəti layihənizi birlikdə həyata keçirək

Layihənizin tələblərini bizimlə bölüşün. Mütəxəssislərimiz ehtiyaclarınıza uyğun həlləri qiymətləndirərək qısa müddətdə sizinlə əlaqə saxlayacaq.

  • 1 iş günü ərzində ilkin cavab
  • Məlumatların məxfiliyinə təminat
  • İlkin konsultasiya və qiymətləndirmə

Bizə yazın

Məqsədinizi bizə bildirin — bir iş günü ərzində cavab verəcəyik.

"Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib. · iTech Group