Перейти к содержимому
Новости 1 мин чтенияAZ

KOBİA və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə dairəvi masa

От наших инженеров · iTech Group

21 oktyabr 2024-cü il tarixində, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Marsol Company Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi ilə Azərbaycan-Qətər Dəyirmi Masa təşkil edilmişdir.

Keçirilən tədbirdə iTech Group-un rəhbəri ilham Azizov da iştirak etmişdir.

Tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s. sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamları iştirak etmişdir.

Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində əməkdaşlıq, işgüzar əlaqələrin genişləndirilməsi imkanları və iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində 40-a yaxın Marsol Group partnyoru ilə Qətər iş adamları arasında B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Эта статья на азербайджанском языке.

KOBİA və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə dairəvi masa

Реализуем ваш следующий проект вместе

Поделитесь с нами требованиями вашего проекта. Наши специалисты оценят подходящие решения и свяжутся с вами в кратчайшие сроки.

  • Первичный ответ в течение 1 рабочего дня
  • Гарантия конфиденциальности данных
  • Первичная консультация и оценка

Напишите нам

Расскажите о вашей цели — мы ответим в течение одного рабочего дня.

KOBİA və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə dairəvi masa · iTech Group