Biz, iTech Group olaraq üstün dərəcədə etibarlı və səmərəli Məlumat Mərkəzlərini (Data Center) innovativ metodlarla planlaşdırırıq, layihələndiririk, və qururuq. Hesablama və yaddaş massivləri üçün, şəbəkələr üçün, infrastruktur üçün, analitik bazalar üçün, avtomatlaşdırma və bulud texnologiyalar üçün təşkil etdiyimiz fərdi layihələr və sistemlər Məlumatlarınızı daim etibarlı halda saxlayacaq. Çünki qurduğumuz Məlumat Mərkəzləri müdaxilələr, oğurluq, yanğın, təbii fəlakətlər və digər gözlənilməz hallara qarşı yüksək səviyyəli təhlükəsizliyi ilə seçilir.
Məlumat Mərkəzləri üçün kompleks həllər həyata keçiririk:
- Planın tərtib edilməsi və layihənin hazırlanması;
- Avtomatlaşdırma, elektrik təchizatı, havalandırma, soyutma sisteminin təşkili;
- Məlumat mərkəzinin beynəlxalq standartlarına uyğunluğunun təmin olunması;
- Avadanlıqların və proqram təminatının təchizatı;