iTech Group Azərbaycan İnnovasiya Mərkəzində Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Deemah AlYahya ilə keçirilən görüşdə təmsil olunub.
Şirkətimizin təsisçisi və direktoru İlham Əzizov iTech Group-un 26 illik təcrübəsini və rəqəmsal transformasiya sahəsində fəaliyyətini təqdim edib, beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.
Görüşdə Azərbaycanın rəqəmsal inkişafı, texnologiya şirkətlərinin qlobal bazarlara inteqrasiyası və yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
This article is in Azerbaijani.




