Skip to content
Events 1 min readAZ

iTech Group və Takopi Group-un birgə təşkilatçılığı ilə “Sophos: From Detection to Response | Baku 2026” tədbiri keçirildi

From our engineers · iTech Group

iTech Group və Takopi Group-un birgə təşkilatçılığı ilə keçirilən “Sophos: From Detection to Response | Baku 2026” tədbiri kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssisləri və biznes nümayəndələrini bir araya gətirdi.

Tədbir çərçivəsində iştirakçılara müasir kibertəhlükəsizlik təhdidləri və onların qarşısının alınmasına yönəlmiş qabaqcıl həllər təqdim olundu. Sessiyalar zamanı Sophos şirkətinin Managed Detection and Response (MDR), Extended Detection and Response (XDR), Firewall, Email Security və digər innovativ təhlükəsizlik texnologiyaları barədə ətraflı məlumat verildi, real tətbiq nümunələri nümayiş etdirildi.

Bununla yanaşı, tədbir iştirakçıları sahənin ekspertləri ilə fikir mübadiləsi aparmaq, real layihələr üzrə təcrübələri paylaşmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə etdilər.

iTech Group bu kimi təşəbbüslərlə Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verməyə, bizneslərin rəqəmsal təhlükəsizliyinin gücləndirilməsinə və beynəlxalq texnologiya tərəfdaşlarının innovativ həllərinin yerli bazarda təqdim olunmasına davam edir.

This article is in Azerbaijani.

iTech Group və Takopi Group-un birgə təşkilatçılığı ilə “Sophos: From Detection to Response | Baku 2026” tədbiri keçirildi

Let's deliver your next project together

Share your project requirements with us. Our specialists will assess the solutions that fit your needs and get back to you shortly.

  • Initial response within 1 business day
  • Your data kept confidential
  • Initial consultation and assessment

Write to us

Tell us your objective — we'll reply within one business day.

iTech Group və Takopi Group-un birgə təşkilatçılığı ilə “Sophos: From Detection to Response | Baku 2026” tədbiri keçirildi · iTech Group