IP-Telefoniya və Çağrı Mərkəzi
IP-telefoniya həm geniş miqyaslı şəbəkələrə malik olan korporasiyalar, həm də kiçik müəssisələr və onların uzaqda yaxud yaxında olan filialları və ofisləri üçün böyük əhəmiyyət kəsb edir. Çünki IP-telefoniya kompyuterin, telefonun vahid bir informasiya məkanına çevrilməsinə xidmət edir. iTech Group olaraq təklif etdiyimiz müasir qurğular və cihazlar sayəsində, eyni vaxtda onlarla nəfərdən minlərlə nəfərə qədər istifadəçi şəbəkədə ola bilir. Nəticədə şirkət və müəssisələrin biznes-proseslərinin effektivliyi və performansı artır.

IP-telefoniya infrastrukturunun üstün səviyyəli tələblərə cavab verməsi, effektiv və operativ Çağrı Mərkəzinin qurulmasına xidmət edir. Müştərilərin məmnuniyyətini qazanmağa can atan müəssisələr onlarla qarşılıqlı münasibətləri inkişaf etdirməyə çalışırlar. Biz bu istəklərin həyata keçirilməsi üçün əsaslı və kompleks həllər təklif edirik. Hal-hazırda peşəkar Çağrı Mərkəzinin qurulması üçün telefon zəngləri, vebsayt, sosial şəbəkə və onlayn vasitəsilə çat, mərkəzləşdirilmiş və avtomatlaşdırılmış cavablandırma mexanizmləri üzərindən həllər təqdim edirik.
İnteraktiv səsli xəbərdarlıq sistemləri
Biznes və ticarət mərkəzlərində, yaşayış binalarında, istehsalat müəssisələrində və sahələrində, dəniz və hava limanlarında, vağzallarda, zavod və fabriklərdə, idman və konsert zallarında anında kütləvi səsli elan yaxud xəbərdarlıq göndərmək artıq çox asandır.
Lakin bu səsləndirilən mesajınızın effektiv olması üçün səs keyfiyyətli və aydın olmalı və fövqəladə hallarda sistemin avtomatik işi təmin olunmalıdır.
iTech Group uzun illərdir dünyanın aparıcı şirkətlərinin istehsalı olan HD keyfiyyətli avadanlıqlardan (səs gücləndiricilər, dinamiklər, səs siqnalı mənbələri, mikrofonlar, kommunikatorlar) istifadə edərək, yüksək standartlara cavab verən İnterkom və səsli xəbərdarlıq sistemləri quraşdırır.
Müştərilərimiz
Əlaqə
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan


Foto və video materiallar iTech Group-a məxsusdur.
iTech Group 2021
Click to order
Total: 
Your Name
Your Phone