2 oktyabr 2025-ci il tarixində American Chamber of Commerce in Azerbaijan (AmCham Azerbaijan) tərəfindən təşkil olunan "Innovations and Artificial Intelligence Conference" tədbirində şirkətimizin rəhbəri İlham Əzizov və Strategiya və İnkişaf üzrə direktor Rasim Mustafayev iştirak etmişdir.
Tədbir çərçivəsində süni intellektin inkişafına dair qlobal trendlər, etik və sosial aspektlər, həmçinin Azərbaycanın innovasiya ekosistemində qabaqcıl təcrübələr geniş şəkildə müzakirə olundu.