Bina və obyektlərin mühafizəsi
Biz hər gün biznes və ticarət mərkəzləri, bina və iaşə obyektlərində təhlükəsizliyin təmin edilməsi üçün optimal və ən sərfəli mühafizə sistemləri quraşdırırıq. Müəssisələrin əməkdaşlarının, həmçinin yaşayış komplekslərinin sakinlərinin həyatı və mülkiyyətinin qorunmasını təmin edəcək geniş çeşidli texniki həllərimiz, iTech Group şirkətinin yüksəkixtisaslı və təcrübəli personalı tərəfindən həyata keçirilir. Hər bir işinə məsuliyyətlə yanaşan əməkdaşlarımız sifarişləri gecikmə olmadan, razılaşdırılmış vaxtda təhvil verir və sistemlərin istifadəsinə dair ətraflı təlimatlar keçirlər. Bizim kompleks xidmətlərimiz:

  • Mühafizə həlləri – Bina, ofis və digər obyektlərdə daxili və xarici perimetr üzrə siqnalizasiya, oğurluq və kənar müdaxilələrə qarşı sistemlər, yanğından və su basmasından mühafizə sistemi, mühafizə idarəsini xəbərdar edən sistemlər, tənzimləyici və qəbuledici cihazlar və s.;
  • Video müşahidə sistemləri – HD video müşahidə kameraları, termal və infraqırmızı kameralar, fokusu genişlənən və kiçilən kameralar, aşağı-zolaqlı keçid imkanları ilə yüksək dəqiqlikli CCTV kameralar, IP kameralar, sifət tanıma kameraları, smart kameralar, gizli və aşkar müşahidə kameraları, hərəkətlərə həssas kameralar, video çəkilişlərin yaddaşda saxlanılması, arxivləşdirilməsi, görüntünün asanlıqla təsvir edilməsi üçün proqramlar, 24/7 rejimində müasir formatları dəstəkləyən və real zaman kəsiyində yazıları yığcam hala salan video-qeydiyyat cihazları və s.;
  • Giriş-çıxışa nəzarət sistemləri – elektron kilidlər, turniketlər, biometrik (barmaq izləri, göz qişası, sifət tanıma) kilidlər, müsafirləri qeydə alan qurğular, kontaktsız tanıma turniketləri, sayıcılar, avtomobillərin giriş-çıxışını və tanımasını təmin edən avadanlıqlar, ödəniş-buraxılış qurğuları, qapı və darvazalar üçün uzaqdan idarəetmə avadanlıqları, və bütün bu sistemlər üçün proqram təminatlarının qurulması və inteqrasiyası;
  • Operativ aşkarlanma və nəzarət üçün analitik sistemlər – Video müşahidə həllərinin analitik proqram həlləri ilə inteqrasiyası, hadisələrin daha tez aşkarlanması və analitik tarixçənin qurulması.

Sistemlərin effektiv çalışması, sürətli reaksiya verməsi, qənaətli olması üçün mütəxəssislərimiz ən son texnoloji nailiyyətləri tətbiq edir. Müştərinin tələbinə uyğun olaraq sistemlər fiber-optik, mis naqil yaxud simsiz bağlantı şəbəkələri üzərində qurulur və açar-təslim şərtləri ilə təhvil verilir.

Əlaqə
Telefon
+994 12 3101414
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Click to order
Total: 
Your Name
Your Phone


Foto və video materiallar iTech Group-a məxsusdur.
iTech Group 2020