«Anviz süni intellekt üzərində qurulan çoxfaktorlu identifikasiya (eyniləşdirmə) vasitələrinə üstünlük verir»
Bu gün bazarda təqdim edilən nəzarət və əlçatımlılıq idarəetməsi sistemləri üç əsas element üzərində qurulur: şifrə, şəxsiyyəti təsdiq edən kart və biometriya. Seçim təşkilatda təhlükəszilik tələblərindən asılı olaraq, reallaşdırılır. Lakin COVID-19 pandemiyası səbəbindən vərdiş etdiyimiz bir sıra proseslər ciddi dəyişikliklərə məruz qalıb. Nəzarət və əlçatımlılıq idarəetməsi sistemləri, o cümlədən maska taxan şəxslərin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan termal görüntüləmə kameraları, habelə alqoritm və texnologiyaların inkişafı də istisna deyil. Göründüyü kimi yaxın gələcəkdə gündəlik prosesləri geniş əhatə edəcək təmassız biometrik texnologiyalar problemin əsas həllərindən biri kimi çıxış edəcək.
Anviz şirkəti biometrik və təmassız identifikasiya (eyniləşdirmə) texnologiyaları sahəsində dünya lideridir. Şirkətin, brendin inkişafı, marketinq və məhsulun texniki dəstəyi ilə məşğul olan əsas ofisi Mayamidə (Florida ştatı, ABŞ) mənzillənir. Bundan əlavə, Anviz ofis və nümayəndəlikləri bir sıra ölkələrdə, bilavasitə istehsal və R&D mərkəzləri isə Çində yerləşir. Azərbaycanda Anviz məhsul və həllərini, 2012-ci ildən peşəkar giriş sistemlərinin idarəedilməsi, iş vaxtı hesablayıcı, biometrik oxuyucu və biometrik qıfıl tədarükçüsünün distribyutoru qismində iTech Group şirkəti çıxış edir. Anviz məhsullarının imkanları və Azərbaycanda tətbiq sahələri haqqında Infocity jurnalına iTech Group şirkətinin layihə meneceri Nadir Eyvazov danışır.