iTech Group olaraq Motorola Solutions şirkətinin Avigilon tərəfdaşı kimi süni intellekt əsaslı təhlükəsizlik texnologiyalarını yaxından izləyirik.
Bu çərçivədə şirkətimizin direktoru İlham Əzizov Motorola Solutions Executive Partner Forum 2026 tədbirində iştirak etmişdir.
Hər il fərqli ölkədə təşkil olunan forum bu il 14–16 aprel tarixlərində Paris şəhərində keçirilmiş və Motorola Solutions tərəfdaşlarını, sənaye liderlərini və top menecerləri bir araya gətirmişdir.
Tədbir çərçivəsində süni intellekt, video təhlükəsizlik və kommunikasiya sahəsində ən son texnologiya trendləri, innovativ həllər və gələcək inkişaf istiqamətləri təqdim olunmuşdur.
iTech Group üçün bu kimi beynəlxalq platformalarda iştirak qlobal təcrübənin öyrənilməsi və strateji tərəfdaşlıqların daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Telefon
+994 12 3101414
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2026