"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində şəbəkə infrastrukturunun quraşdırılması
Energetiklərin əsas vəzifələrində biri istehlakçılara müntəzəm və keyfiyyətli elektrik enerjisinin təminatını ödəməkdən ibarətdir Lakin hər yeni zaman kəsiyində yeni texnoloji bazanın nəzərə alınması tələb olunur. Bu gün "Azərenerji" ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri etibarlılıq, əlçatanlıq, səmərəlilik və müştəriyönümlülük sahəsində keyfiyyətcə yeni səviyyəyə nail olmaq üçün elektrik şəbəkəsi kompleksinin rəqəmsallaşdırılmasıdır. Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin yenidən qurulması prosesində yeni şəbəkə infrastrukturunun qurulması məsələsi ortaya çıxdı. Layihənin məqsədi qərarların qəbulu prosesinin sürətinin artırılmasıəməkdaşlar arasındakı kommunikasiyanın sadələşdirilməsi və təkmilləşdirilməsi, habelə əsaslı və istismar xərclərini azaldılmasından ibarətdir.

Şəbəkə infrastrukturunun layihələndirilməsi və yerləşdirilməsi sifarişçinin bütün tələb və istəkləri nəzərə alınmaqla, eləcə də yenidən qurulan kompleksdə xətalara davmalılıq və məhsuldarlıq üzrə yüksək tələblərə tam uyğun olaraq iTech Group şirkəti tərəfindən həyata keçirilib. Layihə Hewlett-Packard Enterprise şirkətinin avadanlığı üzərindən reallaşdırılıb. Kompleksdə 2 min portluq HPE kommunikatorlarından ibarət şəbəkə qurulub, infrastrukturun tənzimlənməsi həyata keçirilib. Ümumilikdə 160 kilometr naqil quraşdırılıb. Layihənin reallaşdırılması nəticəsində sifarişçi uzunmüddətli perspektivə hesablanmış etibarlı, təhlükəsiz və səmərəli məlumat ötürümə şəbəkəsi əldə edib.

- "Azərenerji" ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi - çoxlu sayda otaqlardan və ayrı binalardan ibarət qəliz obyektdir. Bu səbəbdəb də şəbəkə infrastrukturunun qurulması zamanı biz, uzun müddət əməkdaşlıq etdiyimiz etobarlı tərəfdaşımız olan HPE şirkətinin avadanlığına müraciət etdik. Bu vendorla biz bir sıra layihəni gerçəkləşdirdiyimizdən, onun həllərinin bütün üstünlüklərinə bələdik. Qİymət/keyfiyyət nisbətinə və avadanlığa irəli sürülən müasir tələblərə tam cavab verən ən optimal xüsusiyyətlərə malik məhsulun əldə edilməsi imkanından əlavə, HPE tərəfdaşlarımız layihənin reallaşdırılmasının bütün mərhələlərində hərtərəfli dəstəyə güvənə bilər. Peşəkar yanaşma və sözügedən layihənin reallaşdırılması zamanı bilavasitə iştirakına görə, şirkətin nümayəndəsi Orxan Mirsadiqova və layihənin bir hissəsinin birgə həyata keçirilməsinə şərait yaradan "Azərenerji" ASC-nin IT-departamentinə xüsusi təşəkkürümüzü bildirmək istərdim, - deyə, iTech Group şirkətinin biznesin inkişafı üzrə direktoru Rövşən Əkbərov bildirib.

Miqyaslanan şəbəkə infrastrukturunun yaradılması üçün arxitekruta seçərkən, sifarişçinin aşağıdakı tələbləri nəzərə alınmışdır:

- Korporatov məlumat ötürmə şəbəkəsinin yüksək səmərəliliyi
- Yüksək səviyyəli informasiya təhlükəsziliyi
- Şəbəkə xidmətlərinin etibarlılığı və daimi əlçatımlılığı
- Administrasiya və istismar proseslərinin rahatlıq və sadəliyi
- "Azərenerji" ASC-nin coğrafi bölüşdürülmüş şöbələri arasında fasiləsiz əlaqənin zərurəti.

- Şəbəkə infrastrukturunun qurulması layihəsi çərçivəsində, naqillərin çəkilməsi, kommunikasiya avadanlığının düzülməsi və lokal iş yerlərinin yaradılması ilə yanaşı, "Azərenerji" ASC-nin kompleksinin ehtiyaclarını ödəyən data-mərkəz quraşdırılıb. Mərkəzdə həm də HPE-nin serverləri və məlumatların saxlanması sistemi də tətbiq olunur. Xüsusilə tərəfimizdən fiziki və virtual hesablama resurlarının, məlumatların və kommunikasiya şəbəkələrinin saxlanması sisteminin, tətbiqetmə və işçi tapşırıqların dərhal quraşdırılması və yenidən qurulması məqsədi ilə proqramla müəyyənləşən HPE Synergy infrastrukturu tətbiq edilib. Şəbəkə təhlükəsizliyinin hərtərfəli təmin edilməsi məqsədi ilə Fortinet şəbəkəarası ekranlar quraşdırılıb. Sifarişçiyə data-mərkəzin soyudulması və fasiləsiz işinin təmin edilməsi üçün tələb olunan həllərlə bağlı tövsiyyələr verildi. Əlavə olaraq, fasiləsiz bağlantı tələb edən şəbəkə elementlərinin qurulması məqsədi ilə Aruba avadanlığı tətbiq edilib. Kompleks ərazisinə girişə nəzarətin təmin edilməsi üçün Anviz şirkətinin həllərindən yararlandıq. Həllərin proqram təminatı şirkətimizin mütəxəssisləri tərəfindən işlənərək, "Azərenerji" ASC-nin ehtiyaclarına lokallaşdırılıb. Qeyd etmək istərdim ki, bu cür qəliz və qeyri-adi layihə Agile işləməsinin çevik metodologiyası ilə reallaşdırılıb. Bu da əlavə xərclərin qarşısını almağa və işi müəyyənləşdirilmiş tarixdə təhvil verməyə imkan yaradıb. Nəticədə qərarvermə prosesində çeviklik əldə etmiş olduq. Bu arada proseslərin başa düşülməsi və iş prosesi dövründə sifarişçi tərəfindən tətbiq olunan müəyyən dəyişikliklərə hazırlığı da xüsusi qeyd etmək istərdim, - deyə, layihənin meneceri Tural Zərgərov qeyd edib.

iTech Group şirkətinin Hewlett-Packard Enterprise avadanlığı üzərindən korporativ şəbəkə infrastrukturunun qurulması həlli aşağıdakı tapşırıqların yerinə yetirilməsini təmin edib:

Məlumatların emalı mərkəsinin şəbəkə infrastrukturunun etibarlılığı və xətalara davmalılığı;
- Şəbəkə infrastrukturunun yüksək səmərəliliyi;
- Mərkəzləşdirilmiş idarəetmə və monitorinq;
- "Azərenerji" ASC-nin coğrafi bölüşdürülmüş şöbələri və şirkətin məsafəli ofisləri arasında xətaya davamlı əlaqə;
- Minimal xərclərlə aktual tələbatlara uyğunlaşan şəbəkə infrastrukturunun çeviklik və miqyaslaşdırılması.

- Biz Azərbaycan enerji sistemi üçün olduqca önəmli olan "Azərenerji" ASC-nin kompleksinin təchizatına tövfə vermək imkanına malik olduğumzdan məmnunluq hissi keçirdik. Həllərimiz bütün lazımi sertifikatlaşdırmadan keçib və kommersiya ilə yanaşı dövlət strukturlarının ən yüksək tələblərinə tam cavab verir, - deyə, HPE şirkətinin nümayəndəsi Orxan Mirsadiqov bildirib. – Məhsullarımızın potensialının tam reallaşdırılmasına HPE-nin yerli tərəfdaşı yardım edib. iTech Group şirkətinin əməkdaşlarının sifarişçinin yüksək tələblərini anlaması və "Azərenerji" ASC-nin IT-mütəxəssislərinin təcrübəsi bu unikal layihə üzərində birgə işləmək üçün şərait yaradıb.

- Biz, qiymət/keyfiyyət nisbəti, zəruri seqmentlər üçün tələb olunan geniş məhsul çeşidi, ilkin tənzimləmənin rahatlıq və sadəliyi, o cümlədən avadanlıq etibarlılığına qarşı irəli sürülən müasir tələblərə cavab verməsi ilə əlaqədar iTech Group şirkətini seçdik. Bundan başqa, mütəxəssislərimiz layihə icraçıları tərəfindən keçirilən treninqlərdə iştirak edib, bu da öz növbəsində qurğuların incə tənzimləmələrini incələməyə imkan verib. HPE-nin biznes üçün nəzərdə tutulan geniş çeşid məhsulları qoşulma nöqtələri (access point) və kommunikatorlardan sərhədyanı bəndlərə qədər şəbəkənin layihələndirilməsi və tətbiqi zamanı yaranan bütün tələblərə tam cavab verib. Şəbəkə infrastrukturunun qurulması üzrə birgə həyata keçirilən ssenarisi "Azərenerji" ASC-nin yenidən qurulan kompleksində şəbəkə infrastrukturunun tətbiqinə tələb olunan müddəti minimuma endirib. Nəticədə funksional tələbatların ödənilməsi ilə yanaşı bütün sistemlərin gələcəkdə inkişaf imkanı da yaradılıb, - "Azərenerji" ASC-nin rəqəmsal texnologiya departamentinin direktoru Əhməd Muradlı deyib.
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Click to order
Total: 
Adınız
Telefon nömrəniz


Foto və video materiallar iTech Group-a məxsusdur.
iTech Group 2021