15 noyabr 2024-cü il tarixində iTech Group, COP29-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi stendində Texnopark rezidenti olaraq iştirak etdi.
tendimizdə milli brend olan Ecolight ağıllı işıqlandırmanın idarəetmə sistemi nümayiş edilmişdir. Bu sistem, enerji sərfini 40% azaldaraq daha effektiv və dayanıqlı bir idarəetmə təmin edir, həmçinin emissiya qazlarının azalmasına müsbət təsir göstərir.
EcoLight ağıllı işıqlandırmanın idarəetmə sistemi, həm beynəlxalq, həm də yerli bazarda mühüm addımlar atmağımıza imkan yaradır. COP29-da iştirakımız, bu yolda atdığımız mühüm addımlardan biridir.

Stendimizi həm yerli, həm də xarici şirkət nümayəndələri ziyarət edərək, EcoLight ağıllı işıqlandırmanın idarəetmə sistemi haqqında məlumat aldılar. Ziyarətçilər arasında MÜSİAD rəhbəri Rəşad Cabirli və üzvlər də yer aldı.
Telefon
+994 12 3101414
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2023