Skip to content
News 1 min readAZ

iTech Group-un təsisçisi və direktoru İlham Əzizov AmCham Azerbaijan-ın İdarə Heyətinin üzvü seçilmişdir

From our engineers · iTech Group

Qürur hissi ilə paylaşırıq ki, iTech Group-un təsisçisi və direktoru İlham Əzizov AmCham Azerbaijan-ın İdarə Heyətinin üzvü seçilmişdir.

Bu seçilmə onun Azərbaycanda İKT və sistem inteqrasiyası sahəsinin inkişafına verdiyi uzunmüddətli töhfənin, həmçinin rəqəmsal transformasiya, innovasiya və beynəlxalq biznes əməkdaşlığının təşviqindəki fəal rolunun növbəti dəfə yüksək qiymətləndirilməsidir.

AmCham Azerbaijan ölkənin ən nüfuzlu biznes platformalarından biri olaraq dövlət və özəl sektor arasında dialoqu gücləndirir, dayanıqlı iqtisadi inkişafı və beynəlxalq tərəfdaşlığı təşviq edir. İdarə Heyətində təmsil olunmaq isə strateji qərarvermə prosesində iştirak və biznes icmasının inkişafına birbaşa töhfə vermək deməkdir.

iTech Group olaraq inanırıq ki, bu nailiyyət təkcə fərdi uğur deyil, həm də komandamızın və tərəfdaşlarımızın birgə inkişaf yolunda əldə etdiyi mühüm nəticələrin göstəricisidir.

İlham Əzizovu bu əlamətdar uğur münasibətilə təbrik edir, ona yeni fəaliyyətində uğurlar arzulayırıq.

This article is in Azerbaijani.

iTech Group-un təsisçisi və direktoru İlham Əzizov AmCham Azerbaijan-ın İdarə Heyətinin üzvü seçilmişdir

Let's deliver your next project together

Share your project requirements with us. Our specialists will assess the solutions that fit your needs and get back to you shortly.

  • Initial response within 1 business day
  • Your data kept confidential
  • Initial consultation and assessment

Write to us

Tell us your objective — we'll reply within one business day.

iTech Group-un təsisçisi və direktoru İlham Əzizov AmCham Azerbaijan-ın İdarə Heyətinin üzvü seçilmişdir · iTech Group