Skip to content
News 1 min readAZ

iTech Group AmCham Azerbaijan-ın yeni İşçi Qrupunun ilk iclasında iştirak edib

From our engineers · iTech Group

AmCham Azerbaijan tərəfindən təşkil olunan Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk iclası dövlət qurumlarının nümayəndələrini, üzv şirkətləri və sahə ekspertlərini bir araya gətirib.

Tədbirdə iTech Group-un təsisçisi və direktoru, eyni zamanda AmCham Azerbaijan İdarə Heyətinin üzvü İlham Əzizov iştirak edib.

İclas çərçivəsində İşçi Qrupunun fəaliyyətə başlaması rəsmi olaraq elan olunub, qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Görüş zamanı qida və kənd təsərrüfatı sektorunda dövlət–özəl əməkdaşlığının gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və sahənin davamlı inkişafına yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçılar arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviq edilməsi və gələcək birgə layihələrin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

iTech Group biznes ekosisteminin inkişafına töhfə verən təşəbbüslərdə fəal iştirak etməyə, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsini dəstəkləməyə davam edir.

This article is in Azerbaijani.

iTech Group AmCham Azerbaijan-ın yeni İşçi Qrupunun ilk iclasında iştirak edib

Let's deliver your next project together

Share your project requirements with us. Our specialists will assess the solutions that fit your needs and get back to you shortly.

  • Initial response within 1 business day
  • Your data kept confidential
  • Initial consultation and assessment

Write to us

Tell us your objective — we'll reply within one business day.

iTech Group AmCham Azerbaijan-ın yeni İşçi Qrupunun ilk iclasında iştirak edib · iTech Group