Bakı Metropolitenində süni intellekt əsaslı təhlükəsizlik həlləri yeni layihə çərçivəsində tətbiq olunur
Sərnişin təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə Bakı Metropolitenində süni intellekt əsaslı videoidarəetmə və analitika sistemləri iTech Group və Avigilon ilə birgə həyata keçirilən yeni layihə çərçivəsində tətbiq olunur.
Yeni nəsil texnoloji platforma stansiyalarda əməliyyat proseslərinin daha effektiv monitorinqinə, risklərin erkən mərhələdə aşkarlanmasına və operativ qərarvermə imkanlarının artırılmasına imkan verir.
Süni intellekt əsaslı həllər: - Təhlükəsizlik səviyyəsinin sistemli şəkildə yüksəldilməsinə - Əməliyyat səmərəliliyinin artırılmasına - Fövqəladə hallara hazırlığın gücləndirilməsinə - Metro mühitində sabitlik və ictimai əminliyin təmininə xidmət edir
Bu addımlar Bakı Metropolitenində təhlükəsiz, dayanıqlı və etibarlı nəqliyyat mühitinin formalaşmasına töhfə verir.
This article is in Azerbaijani.


