Skip to content
News 1 min readAZ

DOST Agentliyinin inzibati binası və ilk DOST Mərkəzi üçün müasir texnoloji infrastrukturun qurulması

From our engineers · iTech Group

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən DOST Agentliyinin və ilk DOST Mərkəzinin inzibati binası ölkənin ən müasir dövlət xidmət mərkəzlərindən biri kimi fəaliyyətə başlamışdır. Neomodernizm memarlıq üslubunda inşa edilmiş 7 mərtəbəli bina qabaqcıl mühəndis və informasiya texnologiyaları həlləri ilə təchiz olunaraq vətəndaşlara çevik, təhlükəsiz və yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün müasir rəqəmsal infrastrukturla təmin edilmişdir.

Layihə çərçivəsində iTech Group tərəfindən binanın telekommunikasiya, şəbəkə, təhlükəsizlik və kommunikasiya sistemlərinin inteqrasiyası həyata keçirilmiş, bütün texnoloji həllər vahid və dayanıqlı İT infrastrukturu üzərində qurulmuşdur.

İcra olunan işlər çərçivəsində server və aktiv şəbəkə avadanlıqları quraşdırılmış, passiv şəbəkə infrastrukturu yaradılmış və yüksək məhsuldarlıqlı korporativ kommunikasiya mühiti formalaşdırılmışdır. Obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə analitik videomüşahidə sistemi, mərkəzləşdirilmiş videomüşahidə idarəetmə mərkəzi, girişə nəzarət sistemi, üz tanıma texnologiyaları və X-Ray təhlükəsizlik avadanlıqları inteqrasiya edilmişdir.

Kommunikasiya infrastrukturunun tərkib hissəsi olaraq IP telefoniya, IP DECT telefoniya və Çağrı Mərkəzi həlləri tətbiq olunmuş, əməkdaşlar arasında operativ və fasiləsiz əlaqə təmin edilmişdir. Eyni zamanda mərkəzi UPS sistemi, anons və səsləndirmə infrastrukturu quraşdırılaraq obyektin enerji dayanıqlığı və fövqəladə hallarda operativ məlumatlandırma imkanları gücləndirilmişdir.

Həyata keçirilən layihə nəticəsində DOST Agentliyinin və ilk DOST Mərkəzinin fəaliyyəti üçün beynəlxalq standartlara uyğun, təhlükəsiz, etibarlı və genişlənə bilən rəqəmsal texnoloji infrastruktur yaradılmış, vətəndaş yönümlü xidmətlərin yüksək keyfiyyətlə və fasiləsiz təqdim olunması üçün müasir İT ekosistemi formalaşdırılmışdır.

This article is in Azerbaijani.

DOST Agentliyinin inzibati binası və ilk DOST Mərkəzi üçün müasir texnoloji infrastrukturun qurulması

Let's deliver your next project together

Share your project requirements with us. Our specialists will assess the solutions that fit your needs and get back to you shortly.

  • Initial response within 1 business day
  • Your data kept confidential
  • Initial consultation and assessment

Write to us

Tell us your objective — we'll reply within one business day.

DOST Agentliyinin inzibati binası və ilk DOST Mərkəzi üçün müasir texnoloji infrastrukturun qurulması · iTech Group