Skip to content
NewsJanuary 14, 2026 1 min readAZ

Intersec Global 2026

From our engineers · iTech Group

14–16 yanvar 2026-cı il tarixlərində Dubay şəhərində təşkil olunan Intersec Global 2026 təhlükəsizlik və qabaqcıl texnologiyalar sahəsində qlobal istehsalçıları, sistem inteqratorlarını və qərarverici qurumları bir araya gətirən aparıcı beynəlxalq sərgilərdən biridir.

Bu mühüm tədbirdə iTech Group-un rəhbəri İlham Əzizov iştirak edərək qlobal təhlükəsizlik bazarında formalaşan texnoloji trendlər, standartlaşma prosesləri və regional bazarlar üçün strateji yanaşmalar ətrafında aparılan müzakirələrdə yer aldı.

Sərgi çərçivəsində rəsmi distributoru olduğumuz Ajax Systems brendinin məhsul yol xəritəsi, texnoloji inkişaf istiqamətləri və regional bazarlara uyğunlaşdırılmış həll modelləri dəyərləndirildi.

Bu yanaşma Ajax həllərinin yerli bazarda davamlı tətbiqi və uzunmüddətli inkişaf strategiyasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nəticə olaraq, INTERSEC 2026 beynəlxalq təcrübənin paylaşılması və qlobal miqyasda formalaşan təhlükəsizlik yanaşmalarının regional strategiyalara inteqrasiyası üçün mühüm platforma rolunu oynadı

This article is in Azerbaijani.

Intersec Global 2026

Let's deliver your next project together

Share your project requirements with us. Our specialists will assess the solutions that fit your needs and get back to you shortly.

  • Initial response within 1 business day
  • Your data kept confidential
  • Initial consultation and assessment

Write to us

Tell us your objective — we'll reply within one business day.

Intersec Global 2026 · iTech Group