iTech Group olaraq, Çinin Quançjou şəhərində keçirilən ITC International Product Manager Training Camp beynəlxalq təlim proqramında iştirak etdik. Proqram məhsul idarəçiliyi, marketinq strategiyaları və peşəkar bacarıqların inkişafına yönəlib.
Təlimi təşkil edən ITC audiovizual və işıqlandırma həlləri, LED ekranlar, peşəkar səs sistemləri və konfrans həlləri sahəsində fəaliyyət göstərir.
Beynəlxalq təcrübə mübadiləsi, məhsul biliklərinin inkişafı və yeni əməkdaşlıq imkanları baxımından dəyərli olan proqramda iTech Group əməkdaşları Tural Zərgərov və Ruslan Şirbidov iştirak ediblər.
This article is in Azerbaijani.











