14–16 yanvar 2026-cı il tarixlərində Dubay şəhərində təşkil olunan Intersec Global 2026 təhlükəsizlik və qabaqcıl texnologiyalar sahəsində qlobal istehsalçıları, sistem inteqratorlarını və qərarverici qurumları bir araya gətirən aparıcı beynəlxalq sərgilərdən biridir.
Bu mühüm tədbirdə iTech Group-un rəhbəri İlham Əzizov iştirak edərək qlobal təhlükəsizlik bazarında formalaşan texnoloji trendlər, standartlaşma prosesləri və regional bazarlar üçün strateji yanaşmalar ətrafında aparılan müzakirələrdə yer aldı.
Sərgi çərçivəsində rəsmi distributoru olduğumuz Ajax Systems brendinin məhsul yol xəritəsi, texnoloji inkişaf istiqamətləri və regional bazarlara uyğunlaşdırılmış həll modelləri dəyərləndirildi.