2000-ci ildən fəaliyyət göstərən iTech Group Azərbaycanda informasiya texnologiyaları üzrə ixtisaslaşmış aparıcı sistem inteqratorlarından biridir. Şirkət dövlət qurumları, iri müəssisələr və müxtəlif sənaye sahələri üçün geniş spektrli həllər təqdim edir.
Fəaliyyət istiqamətlərimizə daxildir:
- Sistem inteqrasiyası
- IP telefon və zəng mərkəzi həlləri
- Kibertəhlükəsizlik sistemləri
- Videomüşahidə və videoanalitika
- Data mərkəzlərinin qurulması
- Şəbəkə və infrastruktur həlləri
- Fasiləsiz enerji təminatı və təhlükəsizlik sistemləri
“Essentials of Modern Marketing” layihəsində iTech Group-un innovativ yanaşması, həyata keçirilmiş uğurlu layihələri və bazara gətirdiyi texnoloji yeniliklər geniş şəkildə təqdim olunacaq.
Bu iştirak bizim üçün yalnız bir təqdimat deyil, həm də Azərbaycanın texnologiya sektorunun beynəlxalq platformada tanıdılması istiqamətində atılmış mühüm addımdır.
iTech Group olaraq, gələcəkdə də innovasiya, keyfiyyət və müştəri məmnuniyyətini əsas prioritetimiz kimi qoruyaraq inkişaf etməyə davam edəcəyik.