Evinizin və ofisinizin təhlükəsizliyi:
Ajax bunu necə təmin edir

Ajax Systems şirkəti mühafizə və təhlükəsizlik sistemlərinin istehsalında bazar liderlərindən biridir. Şirkət öz fəaliyyətinə 2011-ci ildə Ukrayna bazarında başlayıb və o vaxtdan bəri sayı durmadan artan rəqiblərini geridə qoyaraq, yalnız öz mövqeyini möhkəmləndirməkdədir. O vaxtlar hər şey adi startap və bir neçə həvəskarla başlamışdı, lakin sonda şirkət hər gün dünyada daha çox yeni bazarlar fəth edən yüksək texnologiyalı istehsal şirkətinə çevrildi. Bu da təəccüblü deyil, çünki Ajax Systems şirkətinin məhsullarının keyfiyyəti avropalı rəqiblərindən heç nə ilə geri qalmır, şirkətin qiymət siyasəti isə son istifadəçiyə yönəlmişdir.
- Hazırda Ajax şirkətinin istehsal xəttində simsiz cihazların kifayət qədər geniş çeşidi mövcuddur. Bunlara hərəkət sensorları, qapı və pəncərə açılışları, kombinə olunmuş hərəkət sensorları, simsiz açıq və qapalı sirenlər, smart ştepsel yuvaları, tüstü detektorları, daşqınların erkən aşkarlanması sistemləri və s. aiddir. Bundan əlavə, şirkət məhsullarının geniş çeşidi daim yeni məhsullarla yenilənir. Bir il əvvəl bu istehsalçının istehsal xəttində böyük infrastruktur obyektləri üçün simli Fibra cihazları təqdim edildi.
Ajax simli texnologiyalarına əsaslanan layihələrin həyata keçirilməsi hazırda yalnız inteqrator mühəndisləri tərəfindən həyata keçirilir, çünki bu sistemlər yüksək peşəkarlıq və müəyyən sertifikatlaşdırma tələb edir. Şirkət həmçinin özünün simli Fibra protokolunu işləyib hazırlamışdır ki, bu da beton və ya metal döşəmələrin simsiz rabitə üçün problem yaratdığı mürəkkəb obyektlərdə və sənaye obyektlərində hibrid sistemlər yaratmağa imkan verir, - "iTech Group"un Təhlükəsizlik sistemləri üzrə satışa dəstək mühəndisi Ruslan Şirbidov belə deyir.

- Fibra texnologiyasının rəqiblərdən fərqi nədir?

- Bu, Ajax simli cihazları ilə mərkəzi sistem arasında dördnaqilli kabel vasitəsilə məlumat ötürmə protokoludur ki, bu da xətdə istənilən kombinasiya yaratmağa imkan verir: bir sensordan onlarla müxtəlif cihaza qədər. Bu zaman tətbiqdə fiziki xətlər və cihazların otaqlar və qruplar üzrə paylanması heç bir şəkildə bir-biri ilə əlaqəli deyil. Ajax sistemlərini simli təhlükəsizlik sistemləri üzrə lider edən xətdə heç bir gücləndirici olmadan unikal rabitə diapazonu bu bazarın digər istehsalçıları kimi standart 500 m əvəzinə 2000 m-ə çatır. Fibra protokolu, siqnal kabeli ilə birləşdirilən 30 sensor eyni vaxtda işə salınsa belə, həyəcan siqnallarının 1 saniyədən az müddətdə ötürülməsinə imkan verir. Həyəcan siqnallarının foto-təsdiqi, klaviatura və sirenin ötürülməsi funksiyasına malik Ajax MotionCam markalı sensorlar da həmin simli dördnaqilli xətlərdə işləyə biləcək. Simsiz cihazlarda olduğu kimi, Fibra seriyasındakı bütün cihazlar da müdaxilədən qorunur. Hab işləkliklə bağlı sorğular aparır və onları unikal markerlər üzrə yoxlayır, bu isə əvəzetməni və ya səssizcə söndürməni qeyri-mümkün edir. İnformasiya təhlükəsizliyinə gəldikdə, bu cür cihazlardakı bütün məlumatlar üzən açar şifrələməsi ilə qorunur və sistemə cihazların əlavə edilməsi təkcə QR-kodun skan edilməsi ilə deyil, həm də şinlərin skan edilməsi ilə mümkündür ki, bu da hab ilə əlaqəli olmayan bütün cihazları avtomatik olaraq aşkar etməyə və onları bir neçə kliklə əlavə etməyə imkan verir. Ajax hibrid sisteminin ürəyi 200-ə qədər cihazı dəstəkləyən "Hub Hybrid"dir. Belə bir sxem simli və simsiz cihazları birləşdirən istənilən sayda konfiqurasiya yaratmağa imkan verir.

- Ajax simsiz sistemlərinin texniki xüsusiyyətləri və üstünlükləri nələrdir?

- Şirkətin bütün istehsal xətti təkcə yüksək texnologiyalı deyil, həm də yeni və çox cəlbedici dizayna malikdir. Hiss olunur ki, şirkət öz həllərinin ekosistemini yaradarkən Apple kimi dünyaca məşhur brendləri rəhbər tutmuşdur. Ajax cihazları təkcə evinizi və ya ofisinizi etibarlı şəkildə qorumayacaq, həm də məkanın ümumi dizaynına mükəmməl şəkildə uyğunlaşacaqdır. Sistemin Ajax Hub adlanan mərkəzi elementi başdan-sona şirkətin mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır. Firma məhsulu olan Jeweller texnologiyası sayəsində habın diapazonu 2000 m təşkil edir. Ajax enerjiyə qənaəti də düşünür, ona görə də bu cihazdakı akkumulyator öz sahibinə standart 2 il deyil, 7 ilə qədər xidmət göstərəcəkdir. Ajax cihazlarının texniki xüsusiyyətlərinə gəlincə, onlar ən tələbkar istifadəçinin də tələblərini ödəyə bilər. Cəlbedici dizayna əlavə olaraq, bütün cihazlar sadə və istismarda etibarlı olduğundan, gündəlik istifadəyə yaxşı uyğunlaşdırılmışdır. Hətta yeni başlayan da ən qısa müddətdə sensorların quraşdırılmasının öhdəsindən gələ biləcək.
Ajax Systems həmçinin təhlükəsizlik sistemlərini idarə etmək və konfiqurə etmək üçün öz mobil tətbiqini işləyib hazırlayıb. Tətbiqdə istifadəçi təkcə Ajax cihazlarını deyil, həm də üçüncü tərəfin videomüşahidə kameralarını qoşmaq və əlavə etmək imkanı əldə edir. Tətbiq bir neçə cihazda quraşdırıla bilər, siz isə administrator olaraq kameralara baxmaq imkanı olan insanların siyahısını müəyyən edə bilərsiniz. Tətbiqdə ofis, ev və ya kottec üçün təhlükəsizlik sisteminin işləməsi üçün istənilən ssenarini hazırlaya, təkcə təyinatı üzrə işləyən deyil, həm də əlavə zəruri funksionallıq daşıyan cihazların işini yoxlaya bilərsiniz. Məsələn, hər hansı sensor sönərsə, mütləq bildiriş alacaqsınız, rəqiblərin həllərində isə belə bir şey yoxdur. Bundan əlavə, siz tətbiqdə sensorun yaxınlığında havanın temperaturunu və batareyanın səviyyəsini görəcəksiniz. Hab özü hər 30 saniyədən-bir bütün qoşulmuş sensorlara nəzarət edir və təhlükəsizlik dərəcəsini prinsipial olaraq yeni səviyyəyə qaldırır. Ajax ekosistemində həmçinin bir sensordan məkandakı digər cihazlara həyəcan siqnalı ötürən interkonnekt sistemi də var. Sensor siqnallarının sizi işinizdən yayındırmasını istəmirsinizsə, o zaman Ajax sistemini mühafizə şirkətinin idarəetmə panelinə qoşmaq olar. Yeri gəlmişkən, bu həll yolu dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda istifadə olunur.
Ajax sisteminin digər üstünlüyü istehsalçının təhlükəsizlik sistemlərinin mərkəzi elementlərinin və retranslyatorlarının işinə nəzarət edən, real vaxt rejimində işləyən əməliyyat sistemidir. Mərkəzində sonsuz sadəlik olan "Qara kvadrat" rəsm əsərinin müəllifi olan rəssam Kazimir Maleviçin adını daşıyan Malevich əməliyyat sistemi, inteqratorlar və son istifadəçilər üçün yeni funksiyalar əlavə edilməklə mütəmadi olaraq yenilənir. Məhz bu sadəlik sayəsində habın prosessoru, hətta ən aktiv tapşırıqlarda belə, maksimum 20% yüklənir. Bu əməliyyat sistemi həm də modul xarakterlidir, elementlərin qarşılıqlı əlaqəsi üçün isə standartlaşdırılmış API-lər istifadə olunur ki, bu da səhvləri tez müəyyən etməyə və aradan qaldırmağa, ən yüksək effektivliyə nail olmaq üçün asanlıqla funksionallıq əlavə etməyə və təcrübə aparmağa imkan verir.

- Öz evi üçün təhlükəsizlik sistemi qurmağa qərar vermiş adi istifadəçi nədən başlamalıdır?

- Ajax məhsullarının müxtəlifliyi fonunda istehsalçının özü başlanğıc dəstləri təklif edir. StarterKit-ə simsiz hərəkət və açılış sensorları, həyəcan düyməsi olan açarlıq və həm məkan daxilində, həm də açıq havada təhlükəsizlik sistemini idarə edən hab daxildir. Bu avadanlıq məkana girişin birinci mühafizə səviyyəsini qurmaq üçün kifayətdir. Müdaxilə edən şəxs qapını açan kimi sistem həyəcan siqnalı verərək istifadəçini və ya mühafizə şirkətini xəbərdar edəcəkdir. MotionCam sensorları olan siqnalizasiya dəsti isə həyəcan zamanı müdaxiləni təsdiq edən fotoşəkillər göndərəcək. StarterKit bir neçə rabitə kanalından istifadə edir. Minimum 4G və Ethernet, lakin istifadəçilər və təhlükəsizlik konsolu ilə 4-dək müstəqil rabitə kanalına malik ola bilən Wi-Fi və iki SİM kartı dəstəkləyən dəstlər də var. Başlanğıc dəstlərindən hər hansı biri sizi rutin hərəkətlərdən azad edən və təhlükəsizliyinizi avtomatlaşdıran yanğın sensorları, su sızması və şüşə sınması sensorları, habelə smart ştepsel yuvaları və relelər kimi digər avtomatlaşdırma cihazları kimi yeni cihazlarla tamamlana bilər. Artıq onların köməyi ilə siz qrafikə uyğun olaraq işıqları yandırmaq, həyəcan siqnalına əsasən qapıları bağlamaq və ya kifayət etməyən işıqlandırma halında pərdələri açmaq üçün ssenarilər qura bilərsiniz.
- Ajax Systems şirkətinin özü, onun siyasəti və tərəfdaşlarla münasibətləri haqqında nə deyə bilərsiniz?

- Ajax Systems qısa müddət ərzində Avropada müdaxilələrdən mühafizə sistemlərinin ən böyük istehsalçısı olmağı bacarmışdır. Şirkətin məhsulları artıq 130 ölkədə satılır, lakin şirkət yeni bazarlara genişlənməyə davam edir. Bu gün şirkətdə 2500-ə yaxın işçi çalışır ki, onlardan 600-ü Tədqiqat və inkişaf (R&D) üzrə mühəndislərdir. Ajax məhsullarını dünya bazarlarında bu qədər məşhur edən bütün texnologiyalar və münasib qiymətlərlə yanaşı, onların mühüm hissəsi şirkət rəhbərliyinin böyük diqqət yetirdiyi dizayndır.
Ajax şirkəti müştəriyə göndərilməzdən əvvəl ayrı-seçkilik etmədən bütün məhsulları sınaqdan keçirir. Tədqiqat və inkişaf (R&D) şöbəsi bunun üçün öz avadanlığını hazırlayıb. Hazırda şirkət ayda 650 min (!) cihaz istehsal etsə də, avropalı rəqiblərdə 1,5-2%, çinli rəqiblərdə isə 3-5% qüsurlar fonunda məhsul qüsurları 0,3%-dən azdır. Ukraynadan olan bu şirkətin istifadə etdiyi "yüngül aktivlər" (light assets) biznes modeli ən qısa müddətdə istehsalı dünyanın istənilən ölkəsinə köçürməyə və yerləşdirməyə imkan verir. Buna misal olaraq ötən ilin oktyabrında Türkiyədə fəaliyyətə başlayan və 400 nəfəri işlə təmin edən yeni zavodu göstərmək olar. Yeri gəlmişkən, bu zavodun bizə bu qədər yaxın yerləşməsi sayəsində logistika baxımından bütün problemli məsələlər avtomatik olaraq istisna edilir. Bundan əlavə, Ajax Avropanın ən çox mükafat almış simsiz təhlükəsizlik sistemidir və nüfuzlu beynəlxalq təhlükəsizlik sərgilərində mükafatlara layiq görülür. Bütün Ajax Systems cihazları Avropa sertifikatlaşdırmasından keçmişdir və EN 50131 təhlükəsizlik sistemləri standartının, eləcə də EN 14604 yanğın təhlükəsizliyi standartının tələblərinə uyğundur. Şirkət həmçinin simsiz təhlükəsizlik sistemləri üçün ən yüksək etibarlılıq dərəcəsi olan 2-ci dərəcəli mükafata layiq görülmüşdür.

Şirkətimiz Ajax həllərini Azərbaycan bazarına ilk dəfə 2017-ci ildə təqdim edib. Daha sonra "iTech Group" ölkədə Ajax Systems şirkətinin ilk distribütoru oldu və bugün biz təkcə distribütorluq baxımından deyil, həm də inteqrasiya baxımından Azərbaycanda ən fəal tərəfdaşıq. Məsələn, mənim vəzifələrimə məhsulların bazarda tanıdılması, şirkətimizin digər vendorlarla birlikdə həyata keçirdiyi Smart Home sistemlərində Ajax məhsullarının tətbiqi ilə bağlı inteqrasiya məsələlərinin həlli, habelə tərəfdaşların texniki heyətinə təlim keçilməsi və onların demo avadanlıqlarla təmin edilməsi daxildir. Ajax Systems ilə əməkdaşlığımızın müsbət tərəfləri arasında bu şirkətin təklif etdiyi geniş bilik bazasını qeyd etmək istərdim. Mühəndislər üçün sertifikatlaşdırma kursları və öz Akademiyası ilə yanaşı, Ajax Systems öz vebsaytında avadanlığın necə idarə edilməsinə dair ətraflı mətn və video təlimatlar təqdim edir. Şirkətin vebsaytında həmçinin akkumulyatorun işləmə müddəti üçün kalkulyatorlar, Jeweller texnologiyası çeşidi və simli Fibra cihazları üçün enerji təchizatı mövcuddur ki, bu da istifadəçilərə və tərəfdaşlara lazımi avadanlıq parametrlərini tez və asanlıqla hesablamağa imkan verir. Ancaq ən böyük üstünlük, mənim fikrimcə, Ajax sisteminin təhlükəsizlik, istifadə rahatlığı və giriş dəyəri arasında mükəmməl tarazlıq yaratmasıdır. Bu, böyük peşəkar komanda olmadan qeyri-mümkün olardı.
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2023