TrueConf Videokonfrans sisteminin Kapital Bank-da tətbiqi
Layihə haqqında
PAŞA Holding-a daxil olan Kapital Bank, Azərbaycanda ən geniş xidmət şəbəkəsinə daxil olan 104 filialı və ölkə üzrə 23 bölməsi ilə əhaliyə xidmət göstərir. Universallığı ilə fərqlənən Bank, 3 milyon fiziki və 22 min hüquqi şəxsə bank xidmətləri təqdim edir.
Bankın əsas prioritetlərdən biri distant xidmətlərin genişləndirilməsi məqsədi ilə rəqəmsallaşma və öncül texnologiyaların tətbiqidir. 2021-ci ilin nəticələrinə görə istifadəçilər arasında ölkənin ən çox istifadə edilən rəqəmsal bankı olan Birbank bunun bariz nümunəsidir. Bank, müştərilərə vaxtlı və keyfiyyətli xidmətin təqdim edilməsi məqsədi ilə mərkəzləşdirilmiş videokonfrans əlaqəsinin proqram təminatı və müştəri ilə operator arasında birləşmiş kommunikasiyalarını qurmaq qərarına gəldi.

Həll

İşçi proseslərini optimallaşdırmaq və xərcləri azaltmaq üçün, Kapital Bank müştərilərə distant konsultasiya üçün şərait yaradan çevik virtual bankinq sistemi tətbiq etməyə qərar verib. Bu məsələlərin həlli üçün TrueConf videokonfrans əlaqəsi proqram sistemi və birləşmiş kommunikasiya tətbiq edilib. Həllərin inteqrasiyası ilə Kapital Bank, TrueConf və TrueConf-un Azərbaycandakı inteqratoru olan iTech Group şirkətinin mütəxəssisləri məşğul olub.
Kapital Bank müştəriləri artıq konsultasiya ala və ya bank əməliyyatını məsafədən reallaşdıra bilər. Bütün bunlar onlayn-bankinq sistemi üzərindən həyata keçirirlir. İstifadəçi sistemə brazuer və ya Birbank mobil tətbiqi üzərindən daxil ola bilər.

TrueConf SDK alətləri vasitəsiylə Birbank tətbiqinə TrueConf-un yüksəkkeyfiyyətli videoəlaqə texnologiyaları inteqrasiya edilib. Bu texnologiyadan yararlanmaq üçün istifadəçilərin hər hansı əlavə proqram təminatı yükləməyə ehtiyacı yoxdur. Bundan əlavə şirkətin mütəxəssisləri individual qaydada interfeysi yeniləyərək, VKƏ-alətlərini sifarişçinin tələbatlarına uyğun şəkildə təkmilləşdirib.
Kapital Bank onlayn bankinq sistemində əlaqənin nüvəsi qismində, zəif internet kanalları (məsələn, mobil internet) ilə işləmək üçün optimallaşdırılan, TrueConf Server qorunan videoəlaqə platforması istifadə edilib. Texnoloji platforma, görüntünün yazılması və sifarişçinin qorunan daxili konturunda saxlanması şərti ilə müştərilərlə bank operatorları arasında eyni zamanda saysız paralel videozənglərin reallaşdırılmasını təmin edir.

Onlayn-bankinq sisteminin müdafiəsində əlavə alət qismində ikifaktorlu avtorizasiya durur. Brazuer üzərindən sistemə daxil olmaq üçün, istifadəçi SMS vasitəsiylə smartfonuna gələn birdəfəlik şifrəni daxil etməlidir. Bütün videogörüşlər gələcəkdə təhlil olunmaq məqsədiylə avtomatik yazılır və müştəri xidmətlərinin keyfiyyətinin artırılması məqsədiylə bankın şəxsi avadanlığında saxlanılır. Bu da şəxsi məlumatları kənar şəxslərdən qorumaq üçün tətbiq edilir.

Həmçinin TrueConf videokonfrans əlaqə imkanıarı TrueConf SDK və API alətləri vasitəsiylə Kapital Bank-in CRM və şəxsi kabinetlər də daxil olmaqla, bütün biznes-proseslərinə inteqrasiya olunub. TrueConf SDK üzərində bazalanan mobil tətbiqin istifadəçi interfeysi sadə və anlaşılandır. Müştəri sadəcə bir düyməni sıxmaqla bankın call-center mütəxəssisləri ilə əlaqə saxlaya bilər.

«TrueConf şirkəti bizim çoxdankı tərəfdaşımızıdır. Vendorun bu cür həllərin reallaşdırılması sahəsində böyük təcrübəsi sayəsində bizim heyətimiz Azərbaycanda bir neçə maraqlı və miqyaslı layihəni gerçəkləşdirməyə müvəffəq olub, TrueConf məhsullarının lokallaşmasında bilavasitə iştirak edib. TrueConf VKƏ-sistemləri, videokonfrans əlaqəsinin yüksək keyfiyyəti, birgə iş üçün nəzərdə tutulan quraşdırılmış alət arsenalı, habelə bir sıra kənar IT-həllərlə uyğunluluğu sayəsində bank müştəri xidmətlərini yeni səviyyəyə qaldırmağa müvəffəq oldu», - deyə, iTech Group şirkətinin biznesin inkişası üzrə direktoru Rövşən Əkbəriv qeyd edib.

«Biz, TrueConf həllərinin keyfiyyət və texniki səviyyəsinin sifarişçinin gözləntilərinə tamamilə cavab vermək imkanları ilə fəxr edirik. Əlavə olaraq, bu həllər, Azərbaycanın onlayn bankinq sahəsinə aid qanunvericiliyinin bütün tələblərinə tam cavab verib, bankın müştərilərə onlayn-xidmət sistemlərinə inteqrasiyası üçün tətbiq olunur. Distant konsultasiya işçi proseslərini sürətləndirərək, avtomatlaşdırır, eyni zamanda, müştəriləri ənənəvi bank əməliyyatlarının reallaşdırılması zamanı şəxsən iştirak etməkdən xilas edir. Eyni zamanda, yalnız distant mütəxəssisləri cəlb etməklə, layihəni tez və keyfiyyətli icra etməyə yardım edən bizim azərbaycanlı tərəfdaşlarımızın peşəkarlığını qeyd etmək istərdim», - deyə, TrueConf-un tərəfdaşlarla iş üzrə direktoru Anton Aqeyev bildirir.

Nəticə
Videokonfrans əlaqəsi üzrə proqram sistemi və TrueConf birləşmiş kommunikasiyaları müştəri ilə Kapital Bank-in call-center əməkdaşları ilə distant qarşılıqlı əlaqəni qurulmasını təmin etdi. Müasir texnologiyaların tətbiqi növbələri azaltmağa və call-center operatorları arasında iş yükünün rasional bölüşdürməyə imkan verdi. Artıq müştərilər, brauzer və ya mobil klientdən istifadə etməklə, bank əməkdaşları ilə istənilən an videokonfrans rejimində əlaqə saxlaya bilər. TrueConf SDK üzərində qurulan VKƏ sistemi, müştərilərə dünyanın istənilən nöqtəsindən peşəkar yardım almağa imkan yaradır. Bu zaman bank xərcləri ciddi şəkildə azaldaraq, müştəri xidmətlərinin keyfiyyətini xeyli artırmış olur.

«TrueConf texnologiyaları videoəlaqə imkanları asan və operativ şəkildə bizim sistemlərə inteqrasiya etmək, eyni zamanda bank müştəriləri üçün müasir və təhlükəsiz distant xidmət sistemi qurmaq üçün şərait yaradıb. TrueConf və layihənin reallaşdırılması ilə məşğul olan iTech Group şirkəti sayəsində büdcəli videobankinq sistemini qurmağa müvəffəq olduq. Bu sistem mürəkkəb proqram təminatı və ya yaradıcıların irimiqyaslı yardımını tələb etmir. TrueConf tətbiqi sayəsində müştərilərə xidmət səviyyəsini artırmaq, işçi proseslərinin optimallaşdırmaq və xərcləri xeyli azaltmaq mümkün oldu», - deyə, Kapital Bank nümayəndəsi bildirdi.

TrueConf şirkəti haqqında
TrueConf - Rusiyanın proqram təminatı yaradıcısı və videokonfrans əlaqəsi sahəsində pioner olub, Şərqi Avropada korporativ kommunikasiyalar bazarını tamamilə dəyişib. TrueConf həlləri, müasir proqram arxitekturası üzərində qurulub və ənənəvi VKƏ-sistemlərində olan çatışmazlıqlardan tamamilə azaddır.
TrueConf-la yüksəkkeyfiyyətli videokonfrans əlaqəsi, iş yerləri, mobil qurğu, müştəri tətbiqləri və brauzerlər üzərindən danışıq otaqları da daxil olmaqla, istənilən mürəkkəblilik səviyyəsinə malik korporativ şəbəkələrdə əlçatandır.
Həll mövcud avadanlıqla tamamilə uyğunlaşır, infrastruktura əlavə yatırım tələb etmir və müəssisənin IT-təhlükəsizliyi üçün heç bir risk yaratmır. Dünya üzrə milyonlarla istifadəçi və on minlərlə şirkət TrueConf həllərinə etibar edir. TrueConf «RUSSOFT», ISDEF assosiasiyalarının üzvü olub, Beynəlxalq AVIXA audiovizual sistemləri İnteqratorları Assosiasiyasına daxildir.
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2024